18 Fevral 2020 15:52
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 16 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, “Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğlu anasının vurduğu iynədən sonra anafilaktik şok keçirib və həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb.


Müəllif: Hacı Zeynalov