Bakı polisi bir neçə oğurluq faktının açılması istiqamətində əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş K.Nəcəfovun ətrafında Binəqədi rayon Polis İdarəsində araşdırma aparılıb.
Aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində “Mercedes” markalı avtomobildən 700 manat və 50 ABŞ dolları oğurlaması müəyyən edilib.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də rayon ərazisindəki evlərin birindən 100 manat, 560 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Niftəliyev saxlanılıb.
43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisindəki 6 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Ağazadə tutulub.
Oğurluq etdiyinə görə tutulmuş T.Sadıqlının ətrafında Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsində araşdırma aparılıb.
Iməliyyat tədbirləri ilə onun rayon ərazisində “Mercedes” markalı avtomobildən 3 ədəd mobil telefon və 2 ədəd eynək oğurlaması müəyyən edilib.