1 May 2014 21:15
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində əsgər yoldaşlarına işgəncə verməkdə ittiham olunan "N saylı hərbi hissənin əsgərləri - Ramin Talıblı və Yusif Cabbarovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ittihama görə, Ramin Talıblı ötən ilin avqustunda, axşam saatlarında bölük komandirinin tapşırığına əsasən onun təmizləməli olduğu ərazini əsgər yoldaşı Surət Şamxalovun təmizləməsini tələb edib. Surət Şamxalov bu tələbi yerinə yetirməyib. Buna görə də onların arasında mübahisə yaranıb.

Ramin Talıblı əsgər yoldaşının ünvanına nalayiq söyüşlər söyərək onu döyüb. Surət Şamxalovun döyülməsində əsgər Yusif Cabbarov da iştirak edib.

Hakim Müslüm Əliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Onların hər biri 3 il 6 ay müddətinə şərti cəza alıblar və məhkəmə zalından azadlığa buraxılıblar.

Hacı


Müəllif: