24 Fevral 2020 13:57
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Cəbiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qurbanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 320 qrama yaxın heroin aşkar edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov