Zaqatalada 9 il əvvəl törədilən qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl - 2011-ci ilin fevral ayında Zaqatala şəhərində yaşayan Seyran Eyyubovanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakini P.İsmayılov saxlanılıb.