27 Fevral 2020 14:49
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Sərhad Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini Nicat Eynullayevə hədə-qorxu gələrək ondan pul tələb edən şəxs saxlanılıb.

Zərərçəkən ifadəsində Sərhad adlı şəxsin ondan 1200 manat istədiyini, verməyəcəyi təqdirdə isə onunla bərabər yaxın qohumlarına zor tətbiq edəcəyini qeyd edib.

Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs əvvəllər Rusiya Federasiyasında məhkum olunan Ağsu rayon sakini Sərhad Əliyev zərərçəkəndən hədə-qorxu ilə qeyd edilən məbləğdə pulu almaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış zamanı bıçaq aşkar edilərək götürülüb.

Sərhad Əliyev ifadəsində etdiyi cinayəti etiraf edib. O, qeyd edib ki, zərərçəkənin pulu olduğunu bilib. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkəni və onun yaxın qohumlarını öldürməklə hədələyib, ondan pul verməsini tələb etdiyini qeyd edibş

İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər