Bakının Binəqədi rayonunda qadına qarşı cinayət hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edən Abşeron rayon sakini İ.İbrahimova fevralın 26-da “Mercedes” markalı avtomobilində Bakı şəhər sakini olan tanışı F.Quliyevanı Biləcəri qəsəbəsindən evinə aparmaq istəyərkən onun tanışları olan 3 nəfər tərəfindən döyülərək nəqliyyat vasitəsinin və mobil telefonunun alındığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Qazax rayon sakini N.Gülümcanov, Abşeron rayon sakini A.Qasımov və paytaxt sakini E.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Avtomobil və mobil telefon sahibinə qaytarılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.