29 Fevral 2020 17:45
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü, əvəllər məhkum olunmuş N.Bağırovdan 4,768 qram heroin və 0,401 qram metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, N.Bağırov narkotik vasitələrini Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü, əvəllər məhkum olunmuş S.Süleymanova satıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs də saxlanılıb.

Onun üzrərinə baxış keçirilən zaman 0,156 qram heroin və 0,53 metamfetamin aşkar olunaraq götürülüb.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbə sakini B.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 500 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Binəqədi rayonunda isə oğurluq faktının üstünün açılması üçün əməliyyat keçirilib.

Oğurluq etdiyinə görə tutulmuş İ.Məmmədovun ətrafında Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2 nəfərlə birgə rayon ərazisində daha 7 avtomobildən pul və məişət əşyaları oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov