29 Fevral 2020 15:01
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən Topalhəsənli kənd sakini A.Dəmirovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, İsmayıllı rayon polis şöbəsi əməkdaşları tərəfindən Ruşan kənd sakini P.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş R.Cəfərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 455 qram marixuana aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov