Daxili İşlər Nazirliyi paytaxtda baş verən iki səs-küylü qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nərimanov rayonu A.Nemətulla küçəsində Pirallahı qəsəbə sakini Vadim Naumov münaqişə zəminində Abşeron rayon sakini Rauf Hacıyevi döyüb və halsız vəziyyətə saldıqdan sonra boğub.
Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Naumov tutulub.
Sentyabrın 25-də baş verən daha bir qətl hadisəsinin üstü açılıb. Həmin gün saat 18 radələrində Nərimanov rayonu M.Nərimanov küçəsində Mingəçevir şəhər sakini Yasin Hüseynov münaqişə zəminində Bərdə rayon sakini Rahib Əkbərova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş R.Əkbərov ölüb.
Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Hüseynov tutulub.
Hacı Zeynalov