Lənkəranda traktor ehtiyat hissələri satan mağazadan oğurluq olub.
Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər sakini Firdovsi Hüseynov polisə müraciət edərək Ələt-Astara magistral yolunun kənarında, rayonun Digah kəndi ərazisində yerləşən, ona məxsus traktor ehtiyyat hissələri mağazasından müxtəlif vaxtlarda 5 555 manat dəyərində ehtiyyat hissələrinin oğurlandığını bildirib.
Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Lənkəran şəhər sakinləri Mail Fərziyev və Tural Muradlı olduğu müəyyən edilib.
Hər ikisi şəxs törətdiyi əməli etiraf edərək bildiriblər ki, müxtəlif vaxtlarda oğurladıqları ehtiyyat hissələrini rayondakı metal qəbulu məntəqəsinə satıblar.
Bundan başqa, Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də rayon ərazisindəki evlərin birindən 450 manat, 14000 rubl, mobil telefon və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Yuxarı Nüvədi kənd sakini S.Əkbərov saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.