Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Şəhər sakini, 1991-ci il təvəllüdlü Sirac Məmmədov bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Sirac Məmmədovun həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Cinayətin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov