5 Mart 2020 13:50
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda sərnişinlərə tibbi maska satan şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Metropolitendə polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov məsuliyyətə cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov metropolitenində polis şöbəsinə gətirilib.

Onun barəsində İnizabati Xətalar Məcəlləsinin 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə metro stansiyasında sərnişinlərə 1 ədədi 2 manata maska satılması ilə bağlı məlumat yayılmışdı.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər