Bu gün Nəsimi rayon Məhkəməsində soyğunçuluqda təqsirli bilinən 28 yaşlı Seymur Aslanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Seymur Aslanov Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Nəsimi rayonu ərazisindəki Səməd Vurğun parkında yatan şəxsin mobil telefonunu oğurlayıb. O, soyğunçuluq yolu ilə əldə etdiyi telefonu 40 manata satıb.
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Seymur Aslanov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov