Zaqatalada zavoddan oğurluq edən şəxsin saxlanıması üçün əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki zavodların birindən 20 000 manat dəyərində fındıq ləpəsi oğurlamaqda şübhəli bilinən Kebeloba kənd sakinləri M.Tahirov saxlanılıb, daha 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bundan başqa, Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Mirzəmməd kəndində yaşayan əvvəllər məhkum olmuş Z.Mehrəliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 12 kiloqram 964 qramdan çox mariuxana və 30 kiloqram 750 qram çətənə kolunun hissələri aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.