Bakıda polis silahlı şəxslərə qarşı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İslamovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd paron darağı və 7 ədəd patron götürülüb.
Bundan başqa, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini S.Hüseynov müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-16” markalı tüfəngi könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinə təhvil verib.