Bakının Nərimanov rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsində şübhəi bilinən M.Mustafayevin Nərimanov rayonu ərazisində kirayədə yaşadığı mənzildə keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan 149 qrama yaxın heroin, 42 qrama yaxın tiryək, 389 qram marixuana və 8 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə M.Mustafayeva narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev də müəyyən edilərək saxlanılıb, ondan isə 516 qrama yaxın marixuana götürülüb.