Bu gün gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində, magistralın Xızı rayonunun Sitalçay kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com Regional TV-yə istinadən məlumat verir ki, 1989-cu il təvəllüdlü, Bakı şəhəri, Ceyranbatan qəsəbə sakini Emin Hüseynovun idarə etdiyi VAZ 2104 markalı avtomobil idarəetməni itirərək yolun ortasındakı dəmir maneəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sürücü Emin Hüseynov müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hazırda fakt araşdırılır.