Bakının Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsin tutulması üçün əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş paytaxt sakini Ağamehdi İslamov Nəsimi rayonu ərazisində tutulub.
Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı atəşə yararlı tapança, 7 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı 21-ci polis bölməsində toplanan materiallar araşdırlması üçün Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.