Bakının Səbail rayonunda silahlı şəxsə qarşı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, aparılmış profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini V.Hüseynov “Mauser” markalı tapançanı və 25 ədəd patronu könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.