15 Mart 2020 23:59
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda 20 yaşlı gənc intihar edib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində baş verib.

Kənd sakini Həsənov Həsən özünü yaşadığı evin həyətində asıb. Məlumata görə, o, dəstəmaz alıb namaz qıldıqdan sonra canına qəsd edib. Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil.

Qeyd edək ki, H.Həsənov hərbi xidmətdən 1 ay öncə qayıdıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər