Ağstafa rayonunda orta yaşlı qadın döyülüb.
Teleqraf.com xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü K.R çənə sümüyünün sınığı ilə yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Həkimlər tərəfindən tibbi yardım göstərilən qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Zərərçəkənin yaxınlarının dediyinə görə, onu əri döyüb. Hadisənin səbəbi isə hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.