Bakının Binəqədi rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarziə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş H.Həsənov Binəqədi rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 9 qrama yaxın heroin, 30 qrama yaxın tiryək, 32 qramdan artıq metamfetamin və 4 qram metadon aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı mənzildən isə əlavə olaraq 1 kiloqram 515 qram heroin, 1 kiloqram 560 qram marixuana, 588 qramdan artıq tiryək, 492 qramdan artıq metamfetamin, 32 qram metadon və 1 ədəd elektron tərəzi aşkar edilib.