29 Sentyabr 2014 09:50
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi sentyabrın 22-də baş verib. Rayon sakini Teymur Əliyevin evindən 100 manat və qızıl əşyalar oğurlanıb. Teymur Əliyev evindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə şikayət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Rafəddin Şahbazov tutulub. Rafəddin Şahbazov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər