Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nərimanov rayon Prokurorluğudan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Ağa Nemətulla küçəsi 78 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 33 yaşlı Rafiq Əmirquliyev özünü yaşadığı binanın damından ataraq ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov