24 Mart 2020 19:41
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda narkotik alverçisinə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Pirallahı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Pirallahı qəsəbə sakini E.Zeynalov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov