25 Mart 2020 00:55
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 21-də şəhər sakini E.Rzayevə zor tətbiq edib 30 manat pulunu almaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş R.Əhmədov saxlanılıb.

Bundan başqa, 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də şəhər sakini E.Həsənzadəyə məxsus içərisində 520 manat və mobil telefon olan pul kisəsini oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş F.İsmayılov saxlanılıb.


Müəllif: Hacı Zeynalov