29 Mart 2020 12:00
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Saleh Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Saleh Tağıyev həmkəndlisi Anar Kərimovla birlikdə yaşadıqları Sovla kəndinin ətrafında yerləşən, Hümmət Əliyevə məxsus pay torpaq sahəsində özlərinə məxsus heyvanları otardıqları vaxt dincəlmək qərarına gəliblər.

Onlar həmin ərazidə, torpağın suvarılması üçün nəzərdə tutulan su arxının kənarında əyləşiblər. Söhbət zamanı Saleh Tağıyev ov etmək məqsədi ilə əvvəlcədən atəşə hazır vəziyyətə gətirdiyi ov tüfəngini lüləsi sol tərəf istiqamətdə olan Anar Kərimov tərəfə olan dizlərinin üstünə qoyub.

Saleh Tağıyev sinəsi ilə ayaqlarına sıxıb, elə həmin vaxt o, ehtiyatsız davranmaqla əli ilə həmin tüfəngin tətiyinə toxunması nəticəsində açılan atəşlə Anar Kərimovu vurub.

Anar Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq belə nəticəyə gəlib ki, Saleh Tağıyev ehtiyatsızlıqdan Anar Kərimovu öldürüb.

İstintaq orqanı tərəfindən Saleh Tağıyevin barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Saleh Tağıyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Saleh Tağıyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Saleh Tağıyevin apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Saleh Tağıyev kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə Saleh Tağıyevin kasasiya şikayəti də təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər