Bakının Yasamal rayonunda evlərdən birinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, martın 26-da saat 23 radələrində naməlum şəxslərin paytaxt sakinləri İ.Rəhimovanın və qohumu R.Şahbazovanın evlərinin pəncərə şüşələrini sındırmaları barədə Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq zəminində bu əməli törətməkdə şübhəli bilinən Y.Səmədov və qardaşı saxlanılıblar.
Davam etdirilən tədbirlərlə Y.Səmədovun evinin həyətindən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng və 2 ədəd patron da aşkar edilərək götürülüb.