30 Mart 14:39
569

Daxili İşlər Nazirliyi son iki gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.


Müəllif: Hacı Zeynalov