30 Mart 2020 16:27
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əmirov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 39 qramdan artıq qurudulmuş marixuana, kirayədə yaşadığı evdən isə 59 qramdan artıq metamfetamin, 492 qram pereqabalin, 10 qrama yaxın heroin və metilendioksimetamfematin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov