Bakının Xəzər rayonu, Türkan qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonu, Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. P.Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sənan Mirzəyev orada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, ölən Sənan Mirzəyevin “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu olduğu bildirilir.
Hacı Zeynalov