Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birindən 49.000 manat oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda oğurluğu törətməkdə şübhəli bilinən, orada gözətçi işləyən Astara rayon sakini R.Rəhmanov saxlanılıb.
Istintaq araşdırması zamanı R.Rəhimovun əvvəllərdə məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.