1 Aprel 2020 15:05
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda polis iki ayrı-ayırlıqda əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də rayon ərazisindəki evlərin birindən 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Süleymanov saxlanılıb.

Füzuli rayon polis şöbəsi əməkdaşları tərəfindən Aşağı Yağlıvənd kəndi ərazisində sellofan torbanın içərisində çəkisi 1 kiloqramdan artıq marixuana tapılıb.

Daha bir əməliyyat Qazax rayonunda keçirilib.

Qazax rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini P.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 420 qram marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov