1 Aprel 17:02
246

Bakının Suraxanı rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov