3 Aprel 2020 08:25
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.

Polis şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, təkcə son üç gün ərzində bununla bağlı rayonda 34 inzibati protokol tətbiq olunub.

Bunlardan 3-u karantin rejimini kobud şəkildə pozan müxtəlif ictimai iaşə obyektlərinə, o cümlədən yeməkxana, çayxana, kafe sahiblərinə, 1 nəfər sosial şəbəkədə yalan məlumat verdiyinə görə, 30 nəfərə isə karantin rejimini müxtəlif səbəblərdən pozduğuna görə tətbiq olunub.

Rayonda ümumilikdə 5 nəfər həbs edilib, 29 nəfərə isə İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokollar tətbiq olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər