6 Aprel 2020 14:26
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi bir neçə rayonda əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar-mart aylarında Buzovna qəsəbəsindəki marketlərin birindən 1600 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-dən 5-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki bağ evlərindən birinin həyətindən 14.100 manat dəyərində metal hissələr, 5 ədəd su nasosu və 2 ədəd qaynaq aparatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Ələkbərov həbs edilib.

Bundan başqa, Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisində “Hyundai” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayev və Ağdam rayon sakini S.Əliyev saxlanılıblar.

Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdulqədirov tutulub.

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Bakı şəhər sakini N.Vəliyevə zor tətbiq edib içərisində 423 manat olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinənlər - Ağstafa rayon sakini E.Sadıqlı və Cəlilabad rayon sakini S.Mirzəyev saxlanılıblar.


Müəllif: Hacı Zeynalov