8 Aprel 20:54
2 187

Bakıda oğurluq və soyğunçuluq cinayəti hadisələrinin üstünün açılması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, soyğunçuluq etdiyinə görə tutulmuş V.Hüseynovun ətrafında Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsində araşdırma aparılıb.

Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 14-də rayon ərazisindəki apteklərin birindən 862 manat oğurlaması müəyyən edilib.

Bundan başqa, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisində “BMW” markalı avtomobildən 7300 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Mehrəliyev və K.Qurbanov saxlanılıblar.

Daha bir əməliyyat Suraxanı rayonunda keçirilib.

Daha bir əməliyyat Xətai rayonunda keçirilib.

Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-dən 7-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Z.Məmmədov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 3000 manat dəyərində televizor, “Wi-Fi” aparatı və tikiş maşını oğurlaması da müəyyən edilib.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Əsgərzadənin içərisində 965 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartları olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini R.Şikarov saxlanılıb.


Müəllif: Hacı Zeynalov