Lənkəran şəhərində bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Lənkəran şəhər Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin polis serjantı, 1986-cı il təvəllüdlü Məlik Cahangirovu yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Hadisə 5 nəfərdən ibarət polis qrupunun qanunsuz balıq ovu edən şəxslərə qarşı keçirdikləri reyd zamanı baş verib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov