9 Aprel 2020 14:20
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirli bilinən Simon Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Gəncənin Nizami rayon Məhkəməsində hakim Zaur Hünbətovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanın təqdimatı təmin olunub.

Simon Abbasovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Gəncə şəhəri Zərdabi küçəsində yaşayan 34 yaşlı Könül Abbasova qol və ayaq nahiyəsindən yanıq xəsarətləri alıb. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Gəncədə qadının keçmiş əri tərəfindən yandırılmasına tərəflər arasında yaranmış mübahisə səbəb olub.

Belə ki, aprelin 4-də axşam saatlarında Gəncə şəhər Zərrabi küçəsi 631 ünvanındakı ata evində yaşayan 34 yaşlı Könül Abbasova keçmiş həyat yoldaşı Simon Abbasovun ona od vurması nəticəsində yanıq xəsarətləri alıb.

Uzun müddətdir, ayrı yaşayan tərəflər arasında boşanma məhkəməsi səbəbindən mübahisə yaranıb.

Bu zaman Simon Abbasov evdən çıxıb və bir müddət sonra geri qayıdaraq özü ilə plastik qabda gətirdiyi benzini Könül Abbasovun üzərinə tökərək ona od vurub. Qadının yaxınları onun paltarını söndürüblər.

Simon Abbasov hadisəni törətdikdən sonra qaçsa da, polisin keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

İstintaq orqanı tərəfindən Simon Abbasovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda istintaq gedir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər