9 Aprel 2020 23:33
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüngül çəkili MMA döyüşçüsü İsaiya Çapman evinin yaxınlığında güllələnib.

Teleqraf.com xəbər verir ki, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ona hücum edən şəxsin kimliyi hələlik bəlli deyil.

Fakt üzə cinayət işi açılıb.

Qeyd edək ki, 10 illik MMA karyerası olan Çapman ilk həvəskar döyüşünü 2010-cu ildə keçirmişdi. 2012-ci ildə peşəkar səviyyədə debüt edən İsaiya, Bellator 232 çərçivəsində Patrik Miksə məğlub olmuşdu. MMA karyerası ərzində 13 döyüş keçirən Çapman 9 qələbə qazanmışdı.


Müəllif: Teleqraf.com