30 Sentyabr 2014 11:32
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Qax rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə sentyabrın 27-də Qax rayonunun ərazisində baş verib. Rayon sakini Toğrul Paşayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Adil Məhərrəmovu vurub.
Adil Məhərrəmov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümküen olmayıb. Sentyabrəın 29-da, axşam saatlarında o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: