Abşeron rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl boyunbağı, kombi aparatı, 1 ədəd televizor, 1 ədəd noutbuk və 6 ədəd radiator oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini M.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.