Türkiyədə sənədsiz tapançasını yoldaşına verən ər "səni aldatdımsa, al, vur məni" deyib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kütahyada evdə yoldaşı ilə mübahisə edən Məhəmməd.İ sənədsiz tapançasını yoldaşına uzadaraq “səni aldatdımsa, al, vur məni” deyib. Məhəmməd İ. tapançadan atəş açılması nəticəsində sinəsindən ağır yaralanıb.
Təcili Yardım Xidmətinin Dumlupınar Universiteti Övliya Çələbi Təhsil və Araşdırma Xəstəxanasına çatdırılan iki uşaq atası Məhəmmədin həyatını xilas etmək mümkün olmayıb olmayıb.
Polis cinayət hadisəsi ilə bağlı araşdırmaya başlayıb.
Rüstəm