30 Sentyabr 2014 13:00
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin maliyyə-kredit fakültəsinin dekanı Rabil Amanovun apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, Rabil Aamanov universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub. Onlar TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abituriyentlerin valideynlərindən külli miqdarda rüşvət alıblar. Bunun müqabilində həmin şəxslərin Dağıstan Respublikasının Mahacqala şəhərində yerləşən Maliyyə və Hüquq İnsitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitətində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar.

Rabil Amanov ümumilikdə 240.412 manat məbləğində rüşvət almaqda ittiham olunub. Rabil Amanov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311.3.1, 311.3.2, və 311.3.3 (rüşvət alma ) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rabil Amanov 10 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Rabil Amanov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Rabil Amanovun apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasını istəyib. Lakin hakimlər onun vəsatətini təmin etməyib və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul ediblər. İlkin baxış iclasının qərarından narazı qalan Rabil Amanov kasasiya şikayəti verib. O, şikayətində apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasını istəyib. Hakimlər apelyasiya instansiyasında işin icraatını dayandırıblar və şikayətə baxılması üçün cinayət işinin materiallarını Ali Məhkəməyə göndəriblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər