Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində N.Rzayevaya məxsus evdən 30 min manat dəyərində qızıl oğurlanması barədə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən evdə xadimə işləyən C.Əliyeva saxlanılıb.
Faktla cinayət işi başlanıb.