17 Aprel 2020 09:22
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qadını qətlə yetirməkdə ittiham olunan Rəsul Quluzadə, Fərid Axundov və Heydər Nəsirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.

Təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 aya qədər artırılıb.

Qeyd edək ki, ötən il sentyabrın 23-də Yasamal rayonun Yeni Yasamal-1 yaşayış massivində yerləşən 2 saylı evin 11-ci mənzilində yaşayan 1970-ci il təvəllüdlü Maya Kərimovanın üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyiti aşkar edilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs – 1987-ci il təvəllüdlü Farid Axundov, 2001-ci il təvəllüdlü Heydər Nəsirli və Rəsul Quluzadə tərəfindən tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb olunublar.

Aparılmış istintaq hərəkətləri nəticəsində mərhumun evindən götürülmüş pul və qızıl-zinət əşyaları F.Axundovun yaşadığı mənzildə aşkar edilərək maddi sübut kimi götürülüb.
İstintaq orqanı tərəfindən Farid Axundov, Heydər Nəsirli və Rəsul Quluzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq Yasamal rayon Prokurorluğunda davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər