20 Aprel 2020 18:25
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Mübariz Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

11:27

Şəmkir rayonunda baş verən qətllə bağlı cinayəti işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Teleqraf.com-a bildirib ki, aprelin 19-da 1991-ci il təvəllüdlü Mübariz Məmmədov Şəmkir rayon polis şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verib və könüllü təslim olub.

Araşdırmalarla Mübariz Məmmədovun həmin gün saat 9 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisədən bir neçə gün əvvəl Mübariz Məmmədovun arvadı Nailə Məmmədovanın telefonuna mesaj gəlib. Buna görə Mübariz Məmmədov dava salıb.

Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.

Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər