Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Ramana qəsəbəsi 8-ci mədən küçəsi ev 63-də qeydə alınıb.
Ev sahibi 61 yaşlı Əliyusif Nərimanovu təcili tibbi yardım əmkdaşları ürəyinə bıçaq sancılmış vəziyyətdə xəstəxanaya çatdırıblar. Vurulan bıçaq ürəyi yaraladığından Nərimanovun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun yaxınları polisə onun özünə qəsd etdiyini bildiriblər. Belə ki, evdə ailə daxili münaqişə baş verib və əsəblərini cilovlaya bilməyən 61 yaşlı Əliyusif Nərimanov bıçağı ürəyinə sancıb.
Faktla əlaqədar Sabunçu rayon prokurorluğunda ilkin olaraq cinayət məjəlləsinin 125 özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.
Hazırda polislər onun başqa bir şəxs tərəfindən qətlə yetirilmə ehtimalını da araşdırır.