24 Aprel 2020 09:32
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yarım ton narkotik satmağa cəhd göstərən Eldəniz Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Cavid Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Xətai rayon Polis İdarəsi cinayət axtarış şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının əməliyyat tədibrləri zamanı Eldəniz Rüstəmov tutulub.

Onun həyətyanı sahəsində olan istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 556 kiloqram olan 1206 ədəd narkotik tərkibli çətənə kolu, eləcə də 65 kiloqram qurudulmuş marixana kütləsi aşkar edilərək götürülüb.

Eldəniz Rüstəmov ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.

Axtarış zamanı onun idarə etdiyi "Saipa" markalı avtomobildə siqaret qutusunun içində qablaşdırılan 2 qram marixuana aşkar edilərək götürülüb.

Eldəniz Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər